İşğaldan azad olunmuş təhsili bərpa olunan Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında buraxılış imtahanları keçirilib.
Füzuli şəhəri 1 №-li M. Uluqbəy adına tam orta məktəb 25 şagird, Cəbrayıl şəhəri M. Mehdizadə adına tam orta məktəb – 5 şagird, Zəngilan rayon Ağalı kənd tam orta məktəb 6 şagird İmtahan verib.
Əlavə olaraq qeyd edək ki, Cəbrayıl şəhər M. Mehdizadə adına tam orta məktəbdə buraxılış imtahanları bu il ilk dəfə keçirilib.
İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi və 3 imtahan rəhbəri cəlb olunub.
İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 36 nəfər şagirdin iştirakı nəzərdə tutulmuşdur. 02 mart 2025-ci il tarixində də işğaldan azad olunmuş Xankəndi, Xocalı, Şuşa və Laçın rayonlarında imtahan keçirilib. İmtahanda 45 şagird iştirak edib. (Report)