21.05.2024, 11:57
AZ EN
09.01.2024, 21:06 184

Vətən müharibəsi iştirakçıları Türkiyə Böyük Millət Məclisində olublar

XƏBƏRLƏR
  • Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı Ankara şəhərində bir sıra görüşlər keçirib.

Türkiyə Böyük Millət Məclisində (TBMM) olan Vətən müharibəsi iştirakçılarına ali qanunvericilik orqanı haqqında məlumat verilib. Bildirilib ki, TBMM 1920-ci il aprelin 23-də Osmanlı İmperatorluğunun müttəfiq dövlətlər tərəfindən işğalına qarşı müqavimət göstərmək üçün yaradılıb. Onun əsas vəzifəsi icraya nəzarət etmək və qanunvericilik səlahiyyətlərini həyata keçirməkdir.

Vətən müharibəsi iştirakçıları, həmçinin Türkiyə Müharibə Əlilləri - Şəhid, Dul və Yetimlər Dərnəyində və Türkiyə Təqaüdçü Astsubaylar Dərnəyində olublar.

Azərbaycanlı qazilərə dərnəklərin fəaliyyəti haqqında məlumat verilib. (AZERTAC)

Oxşar xəbərlər