Görüş zamanı İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov ona İcmanın üzvlük vəsiqəsini və döş nişanını təqdim edib.
Qeyd edək ki, Məmmədovlar ailəsi 1987-1991-ci illər deportasiyası zamanı Qərbi Azərbaycanın Basarkeçər rayonunun Yuxarı Şorca kəndindən zorla çıxarılmış və Xocalı şəhərində məskunlaşmışdılar. 1992-ci il 25-26 fevral tarixlərində Mürvət Məmmədovun atası Məmmədov Məmməd Rəhim oğlu (47 yaş), qardaşları Söhbət (17 yaş) və Möhlət (16 yaş) Xocalı şəhərində Ermənistan və sovet ordusunun 366-cı alayı tərəfindən törədilmiş soyqırımı zamanı şəhid olublar.
Tahirə AĞAMİRZƏ