Əhmədova Lalə İlqar qızı 2000-ci il mayın 27-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2006-2017-ci illərdə Nizami rayonu "Zəngi' liseyində təhsil alıb. 2009-2015 ci illərdə Rauf Haciyev adina 15 saylı Musiqi Məktəbində portepiano ixtisası üzrə təhsil alıb və 2017- ildə Azarbaycan Dövlət Mədəniyyət va İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinə qəbul olub. 2021-ci ildən Azərbaycan Milli Konservatoriyasında "Bəstəkarlıq" ixtisası üzrə (bəstəkar Pikə Axundovanın sinfində) təhsil alir.
Respublika və Beynəlxalq müsabiqələr laureatıdır. Tofiq Quliyevin anadan olmasinin 100 illiyinə həsr olunmuş "I Estrada Mahnı" müsabiqəsinin "Diplomantı adına layiq görülmüşdür. Bəstələdiyi "Qalx ayağa, Vətənim" adlı mahnısını Heydər Əliyev sarayında müsabiqənin Qala konsertində ifa edilmişdir.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsinin iştirakçısı olaraq XI, XIll va XIV Uzeyir Hacibayli Beynəlxalq Musiqi Festivallarında çıxış etmişdir. 28 iyul 2023-cü ildə Xill Qabala Beynəlxalq Musiqi Festivalında "Gənclərə dəstək" I layihəsi çərçivəsində keçirilən konsert proqramında "Zəfər Çələngi" (tar&piano) əsərini ifa edib.
Gənc istedadlı bəstəkar Lalə Əhmədovanın əsərləri bir çox ölkələrdə Almaniyada (Hannover və Celli şəhərlərində), Gürcüstanda, Qazaxıstanda İtaliyada keçirilmiş Beynəlxalq Festivallarda uğurla ifa olunmuş və mükafatlara layiq görülmüşdür.
18 Oktyabr 2023-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Heydər Əliyevin 100 illiyinə hasr olunmuş "Vətənim, Azərbaycandır!" adlı ilk solo konserti keçirilmişdir.
27 Mart 2024- cü ildə Azarbaycan Milli İncəsənət Muzeyində "Gənclərə dəstək" layihəsi çərçivəsində keçirilən "Uzeyir sənətinin gənclik sədalari"adlı konsertdə Üzeyir Hacıbəyliyə ithaf etdiyi pyesini ifa edib.
24 Aprel 2024-cü il yeni mahnısı "Şuşam" xor qrupu ifasında Mədəniyyət TV və ITV telekanallarında nümayiş olunub. Azərbaycanın istedadlı bəstəkarı Lalə xanım 2024-cü il avqustun 20- 25-də İtaliyanın Udine şəhərində "Universita degli Studi di Udine universitetinda argentinal klassik pianoçu, müəllim Eduardo Delgadodan fortepiano üzrə masterklassda iştirak etmiş və sertifikata layiq görülmüşdür.
17-19 Sentyabr 2024 cü ildə Türkiyənin Ufa şəhərində "MDB ölkələri arasında keçirilən yaradıcı və elmi ziyalıların iştirakı ilə XVIl Forumda" yeni mahnısı ifa olunub. 18 sentyabr 2024-cü ildə Bakıdakı Rus evində ltaliyan dilində "Armonia" adlı klassik musiqisinin klip təqdimatı olmuşdur. L1 Noyabr 2024- cü ildə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin 70 illik yubileyinə "Sənət Dolu Ömür" adlı əsərini ithaf etmiş və konsert proqramında Xalq Çalğı Alatləri Orkestrinə özü dirijorluq etmişdir və hal-hazırda diplom işi olaraq, Böyük Simfonik Orkestr üçün "Simfoniya"nın ) üzərində çalişır.
Əsərlərinin siyahısı:
F-no va Kamera& orkestri üçün "Elegiya" və "Skertso"- (2017). Simli orkestr üçün "Süita" (4 hissə, 2018) Kamança va Xalq Çalğı Alatləri Orkestri üçün "Ömrün Səhifələri'" (2018) Simfonik orkestr va xor ūçün "Azarbaycan (2019), Şəhidim" (2020), "Prelüdlər Silsiləsi" (6 prelūd, 2021), 2 Romans "Görünür" (söz N.Gancəvi 2021), "Təzə Gül" (söz: M.Füzuli 2021), F-no üçün Mövzu va Variasiyalar (8
hissə 2021), F-no ūçün "Sonata" (3 hissəli 2022), Tar və F-no üçün "Zafər Çələngi" (2022), Xalq Çalğı Alətləri Orkestri və xor üçün "Şușa" (2022), Simfonik orkestr üçün "Şur naxışları" (2023), Simfonik orkestr üçün "Trio"(2022) ,2 Fortepiano ūçün Duet "DuoPiano"(2023) . "Simli Kvartet" (4 hissə 2023). Xalq Çalğı Alətləri Orkestri üçün Sənət Dolu Ömür"(2024).
Gənc bəstəkar Lalə Əhmədovaya böyük uğurlar arzulayırıq.
Tahirə AĞAMİRZƏ