Görüşdə deputat seçiciləri maraqlandıran bir-sıra məsələlərə öz münasibətini bildirməklə yanaşı, eyni zamanda onların qaldırdıqları sosial-iqtisadi, mülki, mədəni-məişət, məşğulluq və təhsil problemləri ilə bağlı fikirlərini diqqətlə dinləmişdir. Eyni zamanda ümumi görüşdən sonra Rövşən müəllim bəzi sakinləri fərdi qaydada qəbul edib, onların şəxsi problemləri ilə də maraqlanmış və bəzi məsələlərin yerindəcə həll edilməsi ilə əlaqədar köməkçisinə müvafiq qeydlər aparmaqla tapşırıqlar verdi.
Görüşdən sonra deputat 28 nömrəli məktəbin ibtidai siniflərindən birinin şagirləri ilə də söhbət edib onlarla xatirə foto şəkil də çəkdirdi.
Günel QULİYEVA