06.02.2025, 16:55
AZ EN
06.02.2025, 13:44 203

Ağdam, Xocalı, Xankəndi və Ağdərədə dövlət və özəl qurumların əməkdaşları minalarla bağlı maarifləndiriliblər

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam, Xocalı, Xankəndi və Ağdərə rayonları ərazisində fəaliyyət göstərən dövlət və özəl qurumların əməkdaşları üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri həyata keçirib.

ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, tədbirdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilib. Həmçinin işçi heyətinə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilib. (AZƏRTAC)

Oxşar xəbərlər