Layihə çərçivəsində ölkə üzrə özəl məktəblərin 1-11-ci sinfində təhsil alan şəhid övladlarına ödənişsiz təhsil imkanları ilə bağlı tədbirlər həyata keçirilir.
Növbəti dəstək iTicket.AZ tərəfindən olub. Belə ki, iTicket.AZ tərəfindən 4 şagirdin bir illik təhsil haqqı qarşılanacaq.
Ümumilikdə layihə çərçivəsində müxtəlif şirkətlər və fiziki şəxslər tərəfindən 23 şəhid övladının təhsilinə dəstək göstərilib.
Fondun devizi budur - Qələbəni bizə yaşadanları birgə yaşadaq!
Şəhidlərimizin yadigarlarına dəstək üçün hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edirik.
Hazırladı: Mina RƏŞİD