Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, tanınmış ictimai xadim Anar deyib.
“Sentyabrın 1-də keçiriləcək seçkilərdə əsas məqam budur ki, işğaldan azad edilmiş bölgələrdən olan seçicilər dəstəklədikləri namizədlərə qeydiyyatda olduqları ərazilərdə səs verəcəklər. Bu, azad olunmuş ərazilərə həyatın qayıtdığının daha bir nümunəsidir”, - deyə AYB sədri əlavə edib.
Yazıçı Anar Azərbaycanda keçirilən seçkilərin ənənəvi olaraq demokratik prinsiplərə uyğun təşkil edildiyini deyərək bunu yüksək qiymətləndirib.