Bunu “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)"nin İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, Qarabağın yenidən qurulması ilə bağlı "Azərsky" vasitəsilə əlaqələndirmə qərargahına və dövlət qurumlarına 54 hesabat təqdim edilib.
Qurumun rəhbəri qeyd edib ki, “Azersky” peykinin xidmətlərindən istifadə etməklə eyni zamanda ölkədə, xüsusilə kənd təsərrüfatı sahəsi üzrə əkin növləri xəritəsinin hazırlanması, zeytun, fındıq bağlarının salınması, iri arıçılıq təsərrüfatlarının yaradılması üçün uyğun ərazilərin seçilməsi, pambıq sahələrində suvarılmanın və vegetasiya dövründə baş verən anomaliyaların monitorinqi aparılıb.
"Taxıl sahələrinin qiymətləndirilməsi, ölkə üzrə pivot tipli müasir suvarma sistemlərinin peyk təsvirləri üzərindən müəyyən edilməsi və qeydiyyatı istiqamətində iri layihələr həyata keçirilib" - S. Əsədov əlavə edib. (APA)