Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həsrət Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsrət Ələsgərov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Tovuz rayonunun Aşağı Quşçu kəndində böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həsrət Ələsgərov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
19 yaşında Vətən uğrunda canından keçən qəhrəman şəhidimiz Həsrət Ələsgərovun bu gün doğum günüdür.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Həsrət balamız!
Mina RƏŞİD