Bunu keçmiş məcburi köçkün Məhluqə Eyvazovа söyləyib.
“Cəbrayıl bizim doğma vətənimizdir. 32 il oranın həsrəti ilə yaşamışıq. İndi öz vətənimizə getdiyimizə görə sevinirik. Məmləkətimizi tərk edəndə oğlumuz balaca idi, 4-cü sinifdə oxuyurdu”, – o deyib.
Məmləkətinə qayıdan M. Eyvazova Cəbrayıl rayonundan həyat yoldaşı və dörd oğlu ilə birgə didərgin salındığını qeyd edib.
“Gözəl yaşayışımız var idi. Didərgin düşəndən sonra oranın həsrətini çəkməkdən vaxtsız qocaldım”, – Cəbrayıl sakini vurğulayıb. (Report)