Bu sözləri Şuşaya geri qayıdan keçmiş məcburi köçkün Şəms Məmmədova söyləyib.
“Şuşadan məcburi köçkün düşəndə dörd yaşım var idi. Bu gün isə övladlarımla birlikdə Şuşaya qayıdırıq. Şuşa mənim xatirəmdə əvəzolunmaz şəhər kimi qalıb. Hər zaman inanırdım ki, torpaqlarımız işğaldan azad ediləcək və biz orada yaşayacağıq”,- deyə keçmiş məcburi köçkün vurğulayıb.
Müəllimlik peşəsini Şuşada davam etdirmək istədiyini deyən Ş. Məmmədova artıq illərdir davam edən yurd həsrətinin sona çatdığını bildirib. (AZƏRTAC)