19.10.2024, 18:18
AZ EN
20.12.2023, 19:29 274

YAP-ın gənc fəallarının Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub

XƏBƏRLƏR
  • Dekabrın 20-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.

Gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. (AZERTAC)

Oxşar xəbərlər