Bu barədə nazirlik məlumat yayıb
Məlumatda bildirilir ki, həmin sakinlərdən artıq 4 minədək şəxsin məşğulluğu təmin edilib. Eyni zamanda sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri aparılır. Artıq 125 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.
Doğma yurdlarına qayıdan vətəndaşlardan 145 sakin üçün isə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar da yaradılıb.
İşğaldan azad edilmiş ərazilərdə əmək yarmarkalarının təşkili də davam etdirilir. Cari ildə həmin ərazilərdə daha 6 yarmarka keçirilib.
Günel QULİYEVA