Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri olan Sənan Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi savaşıb.
Sənan Ələsgərov sentyabrın 29-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Tovuz rayonunun doğma Alakol kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sənan Ələsgərov ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD