Bu sözləri Ağdamda Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Ehtiram Məmmədov deyib.
“Köçkünlükdə çox çətinliklər çəkmişik. Amma ən böyük çətinliyimiz yurd həsrəti olub. Hər zaman yenidən doğma Qarabağımıza qayıtmaq arzusu ilə yaşamışıq. Allaha şükürlər olsun ki, bu arzumuz, istəyimiz yerinə yetdi. İndi doğma torpaqlara qayıdıram. Allah Prezidentimizi, Ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin”, - deyə o əlavə edib. (AZƏRTAC)