22.12.2024, 22:31
AZ EN
10.12.2024, 15:19 231

“Qarabağın təbii ehtiyatları atlası”nın elektron variantı hazırlanıb

XƏBƏRLƏR
  • “Qarabağın təbii ehtiyatları atlası”nın hazırlanması məqsədilə təbii ehtiyatların siyahılaşdırılması və atlasın elektron variantda hazırlanması işləri başa çatıb.

Bunu Ekologiya və Təbii Sərvələr Nazirliyinin şöbə müdiri Kənan Kərimli Ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

“Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanıb və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Hazırda Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritə layihəsinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması ilə bağlı işlər aparılır", - o qeyd edib.

O bildirib ki, Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının təqdim etdiyi məlumatlara əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hər biri üzrə ayrı-ayrılıqda 10 adda tematik xəritə elektron variantda hazırlanaraq Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutuna təhvil verilib.

Günel QULİYEVA

Oxşar xəbərlər