Bu sözləri bu gün Laçın rayonunun Bəylik kəndinə köç edən keçmiş məcburi köçkün Vəfa Abışova deyib.
V.Abışova qeyd edib ki, uzun illər bu günü gözləyib: “Bura bizim dədə-baba yurdumuzdur. Artıq burada yaşamaq zamanıdır. Əminəm ki, tezliklə kəndimizdə həyat tam bərpa olunacaq, biz də bu prosesə öz töhfəmizi verəcəyik”. (AZƏRTAC)