10.06.2025, 00:39
AZ EN
23.08.2023, 13:32 361

Bu gün Cəbrayıl şəhidləri yad edilib

XƏBƏRLƏR
  • Bu gün Cəbrayıl 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində ölkəmizin ərazi bütövlüyü uğunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad olunub, abidələri önünə gül-çiçək dəstələri düzülüb.

Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 4 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunu erməni işğalçılarından azad edərək iyirmi yeddi illik yurd həsrətinə son qoydu.

Mina RƏŞİD

Oxşar xəbərlər