Kitab Azərbaycanın tarixi zəfərinin geopolitik nəticələrinə, Qarabağda aparılan quruculuq işlərinə və Böyük Qayıdış Proqramına həsr edilib.
Təqdimat mərasimində çıxış edən Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, 44 günlük Vətən müharibəsinə həsr edilən əvvəlki kitabın davamı olaraq çap edilən yeni kitab Vətən müharibəsindən keçən 4 il ərzində Azərbayanda baş verən çox mühüm hadisələrə həsr edilib. Eldar Əzizov qeyd edib ki, bu gün əminliklə deyə bilərik ki, ölkə başçısı İlham Əliyev tərəfindən yaradılan Azərbaycan dövlətinin iqtisadi, siyasi modeli özünü tam doğruldub.
Tədqimat mərasimində iştirk edən digər qonaqlar da kitabın əhəmiyyəti haqqında danışıblar.
Ombudsman Səbinə Əliyeva qeyd edib ki, qısa müddət ərzində iki kitabın işıq üzü görməsi və birinci kitabın artıq on dilə tərcümə olması unikal bir təcrübədir. Hesab edirəm ki, yəni biz hamımız çox xoşbəxtik ki, bu tarixi anları yaşamışıq.
Sonra AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib ki, hesab edirəm ki, həm Vətən müharibəsinin tarixinə həsr olunmuş I cild, həm də bu gün təqdimatını keçirdiyimiz II cild Azərbaycanda və dünyada ədalətli müharibənin və sülhün real təcəssümü olan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dəmir yumruğu ilə həyata keçirilmiş Qarabağ hərəkatının, Vətən müharibəsinin, Qarabağ savaşının həm ölkəmizdə cəmiyyətə təqdim olunması, həm də bunun dərslərinin dünyaya çatdırılması baxımından son dərəcə böyük əhəmiyyətə malik olan elmi mənbədir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə bildirib ki, bizdən sonrakı neçə nəsillər bu tarixi araşdırarkən müxtəlif istiqamətdə tədqiqatlar apararkən bu kitablara mütləq müraciət edəcəklər. Bu kitabda əksini tapan məqalələr, tarixi hadisələrin təsviri, dövrü, bu dövrdə baş verən hadisələri və onu şərtləndirən siyasi, hərbi-siyasi, iqtisadi-sosial və insani münasibətləri bu kitabın səhifələrində görəcəklər.
Qeyd edək ki, 5 fəsildən ibarət olan bu kitabın da bir sıra xarici dillərdə çap edilməsi nəzərdə tutulub.
Tahirə AĞAMİRZƏ