18.12.2024, 23:52
AZ EN
02.12.2024, 17:09 125

İcra başçısı kəlbəcərlilərlə Xırdalanda görüşdü

XƏBƏRLƏR
  • Kəlbəcər rayon İcra Hakimiyyətinin (RİH) başçısı Azər Qocayev Bakı və Abşeron ərazisində məskunlaşan kəlbəcərlilər üçün Xırdalan şəhərində səyyar-görüş qəbulunu keçirib.

"Vətən səsi" xəbər verir ki, Xırdalan şəhərindəki Kəlbəcər rayon 21 nömrəli məktəbin inzibati binasında keçirilən görüşdə Rayon icra hakimiyyətinin başçısı Azər Qocayevlə yanaşı yerli idarə və təşkilatların məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri də iştirak edib. İcra başçısı görüşdəki çıxışında prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız şanlı qələbədən danışıb. başçısı Azər Qocayev həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına səbəb olan lokal antiterror əməliyyatından, uğurla icra edən “Böyük qayıdış” dövlət proqramından, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açıb.

Daha sonra qəbulda iştirak edən rayon sakinlərinin problemləri dinlənilib, onları narahat edən çətinliklərin aradan qaldırılması üçün aidiyyəti strukturların məsul əməkdaşlarına tapşırıqlar verilib. Vətəndaşların səsləndirdiyi müraciətlər qeydiyyatı alınaraq nəzarətə götürülüb. RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.

Elxan SALAHOV

Oxşar xəbərlər