02.08.2025, 12:43
AZ EN
26.11.2024, 14:49 257

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilib

XƏBƏRLƏR
  • İclas Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin və “ABİD”in birgə təşkilatçılığı ilə həyata keçirilib.

İclasda Türkiyənin Ədalət və İnkişaf Partiyasından millət vəkili Şamil Ayrım, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, bir sıra Azərbaycan universitetlərinin rektorları və nümayəndələri iştirak ediblər və dərnəklə birgə əməkdaşlıq üçün təkliflərini səsləndiriblər.

Qarabağ Universitetini iclasda Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov təmsil edib.  O, əvvəlcə tədbir iştirakçılarına Qarabağ Universiteti haqqında geniş məlumat verib, dövlətin işğaldan azad edilmiş ərazilərdə ali təhsil müəssisələrinin yaradılmasına göstərdiyi diqqəti vurğulayıb və Türkiyədə fəaliyyət göstərən azərbaycanlı alimlərin Qarabağ Universiteti ilə gələcək əməkdaşlıqlarının universitetin strateji hədəflərinə çatmasına dəstək olacağını bildirib.

Qeyd edək ki, dərnəyin yaradılmasında əsas məqsəd Türkiyədə çalışan azərbaycanlı elm adamlarının Azərbaycanda elm və ali təhsilin inkişafı prosesində iştirakını təşviq etmək, istedadlı gənclərin tədqiqat bacarıqlarının inkişafına dəstək olmaq və ümumilikdə birgə kommunikasiyanın qurulmasıdır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər