22.09.2024, 01:22
AZ EN
29.08.2024, 07:30 237

Sevda Səmədova: “Milli Məclis seçkiləri ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır”

XƏBƏRLƏR
  • “1 sentyabr seçkilərinin əsas özəlliyi işğaldan azad edilmiş torpaqlarımızı da əhatə etrməsidir. Bu, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasının rəmzi olaraq, xalqımızın milli iradəsinin göstəricisidir”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında əslən Şuşadan olan mədəniyyət işçisi, pedaqoq Sevda Səmədova deyib.

Onun sözlərinə görə, mədəniyyət və incəsənətin inkişafı üçün yeni parlamentin üzərinə böyük məsuliyyət düşür: “Azad olunmuş ərazilərdə mədəniyyət ocaqlarının yenidən qurulması, musiqi, rəqs, teatr və digər incəsənət sahələrinin bərpası yeni parlamentin diqqət mərkəzində olacaq. Bu sahədə çalışan mütəxəssislərin sosial müdafiəsi və peşə bacarıqlarının artırılmasına da xüsusi diqqət ayrılacaq”.

“Seçkilərin nəticələri, inanıram ki, ölkəmizin gələcək inkişafına, o cümlədən, mədəniyyət sahəsində atılacaq addımlara müsbət təsir göstərəcək. Gənclərimizi bu mühüm siyasi prosesdə aktiv iştiraka dəvət edirəm. Onların iştirakı ölkəmizin gələcək taleyini müəyyən edən əsas amillərdən biridir”, - deyə Sevda Səmədova fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər