Bunu açıqlamasında Xocalı sakini Aidə Allahverdiyeva deyib.
O bildirib ki, əzizlərindən hələ də bir xəbər yoxdur.
"Biz dünya ölkələrindən tələb edirik ki, itkinlərimizin tapılmasında Ermənistana təzyiq etsinlər. Qayınanam oğul həsrətiylə bu dünyadan köçdü. Xocalıdan çıxanda iki övladım var idi. 1992-ci ildə anadan olan övladım ötən il Xocalı işğaldan azad ediləndən sonra hər gün gəlib doğma yurdunu ziyarət edir. Övladım deyir ki, atamın nəşi tapıldıqdan sonra ailə quracam. Bizim üçün çox çətindir. Hazırda durduğumuz torpaqlarda şəhidlərimizin ruhu gəzir. Mən hər Xocalıya gələndə 1992-ci ildəki müsibəti xatırlayıram. Lakin bir tərəfdən sevinirəm ki, Xocalımız azaddır", - deyə A. Allahverdiyeva deyib. (Trend)