Tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.
Əvvəl Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi anılıb.
Mərasimdə İstanbulun Kadıköy kaymakamı Muhittin Pamuk, İSTAD sədri Səfər Qaraqoyunlu və digərləri çıxış ediblər.
Natiqlər Azərbaycanın müstəqillik uğrunda keçdiyi şanlı yol, tarixdən gələn Türkiyə-Azərbaycan qardaşlığı, hər iki ölkənun Ulu Öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün xalqlarımızın azad, firavan yaşaması üçün göstərdikləri əvəzsiz xidmətləri, ölkələrimizin tarixi baxımından 2023-cü ilin əhəmiyyəti haqqında danışıblar.
Çıxışçılar ötən bu yüz ilin həm Azərbaycan, həm də Türkiyə üçün bütün çətinliklərə baxmayaraq, dirçəliş əsri kimi tarixə keçdiyini vurğulayıblar.
Tədbir iki qardaş ölkənin milli musiqilərindən ibarət bədii hissə ilə davam etdirilib. (APA)