15.12.2024, 20:59
AZ EN
25.01.2024, 11:48 263

Talış sakini: Səsvermədə böyük həvəslə iştirak edəcəyik

XƏBƏRLƏR
  • Növbədənkənar prezident seçkiləri 30 ildən sonra işğaldan azad edilmiş Qarabağımızda da keçiriləcək. Bu, hər bir azərbaycanlını, xüsusən də doğma torpaqlara qayıtmış sakinləri sevindirir.

Bunu Talış kənd sakini Əyyub Əkbərov söyləyib.

“Buradan çıxanda 30 yaşım var idi. Otuz il Bakıda yaşadım. Nəhayət uzun illərin həsrətindən sonra ötən ilin martında doğma torpağımıza qayıtdıq. Burada sakinlər üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. İndi öz evimizdə, isti ocağımızda yaşayırıq. Bu günlərə şükür olsun! Kəndimizdə Novruz, Qurban, Həmrəylik Günü və Yeni il bayramlarını qeyd etmişik. Gələn ay keçiriləcək növbədənkənar prezident seçkiləri də bizim üçün bayram olacaq. Çünki bu seçkilər işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə keçiriləcək. Biz Talış kənd sakinləri böyük həvəslə, qalib ölkənin qalib vətəndaşları kimi seçki məntəqəsinə gedərək səsvermədə iştirak edəcəyik”, – deyə o bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər