22.11.2024, 22:03
AZ EN
30.10.2024, 12:15 224

Rəhman Hacıyev: Minalar Qarabağda quruculuq işlərinin sürətlə aparılmasına mane olur

XƏBƏRLƏR
  • Bildiyimiz kimi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin təşkili, Qarabağın dirçəlişi bu gün bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duran mühüm vəzifələrdən biridir.

Bu sözləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ANAMA ilə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarının iştirakı ilə keçirilən işgüzar görüşdə söyləyib.

O bildirib ki, işğalçı Ermənistan tərəfindən həmin ərazilərdə yerləşdirilən minalar Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin daha sürətlə aparılmasına, eyni zamanda, 30 il müddətində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə və gündəlik həyatlarına geri dönməsinə ciddi maneə törədir. (AZƏRTAC)

Oxşar xəbərlər