Videoçarxda şəhərin müasir şəhərsalma prinsipləri nəzərə alınmaqla, Baş Plana uyğun olaraq necə inkişaf etdirilməsi göstərilir. Bu proqram çərçivəsində Zəngilanın davamlı dirçəlişini təmin edən ekoloji həllər, innovativ texnologiyalar və rahat şəhər mühitinin yaradılmasına xüsusi diqqət yetirilir.
Layihə işğaldan azad edilmiş ərazilərin hərtərəfli bərpasının nümunəsi olaraq, Azərbaycanın davamlı inkişafa və tarixi torpaqların dirçəldilməsinə sadiqliyini təsdiqləyən və gələcəkdə azad edilmiş torpaqları gözləyən firavanlığın rəmzidir. (Trend)