23.12.2024, 08:12
AZ EN
18.10.2024, 12:42 258

Elnur Soltanov: COP29 zamanı şəhər sakinlərinə evdən çıxmaqla bağlı məhdudiyyət qoyulmayacaq

XƏBƏRLƏR
  • COP29-un keçirildiyi zaman Bakı sakinlərinə evdən çıxmaqla bağlı hər hansı bir məhdudiyyət olmayacaq.

Bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.

“COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”, - o deyib.

E.Soltanovun sözlərinə görə, bu barədə məlumat dezinformasiyadır. O ictimaiyyəti bu kimi dezinformasiyalara inanmamağa və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyə çağırıb. (Report)

Oxşar xəbərlər