19.10.2024, 18:36
AZ EN
18.07.2024, 17:49 216

Cəbrayıl qəsəbəsində sakinlərin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 8 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul keçirib.

İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda rayon rəhbəri ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər