22.11.2024, 20:00
AZ EN
17.10.2024, 11:57 244

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində 1 milyon 611 min ağac əkiləcək

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün cari ilin 18-27 oktyabr tarixlərində respublikanın 85 şəhər və rayon icra hakimiyyətləri tərəfindən “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 2401,0 hektar ərazidə 1 milyon 611 min ağac və kol cinslərin əkilməsi nəzərdə tutulur.

Ölkənin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı Bakı şəhərində 619 min, Naxçıvan Muxtar Respublikasında 89 min, digər şəhər və rayonlarda isə 903 min ağac əkiləcək. Bölgələrdə yerli iqlimə uyğun olması və quraqlığa davamlılığı nəzərə alınmaqla, əkiləcək ağacların 749 min ədədi, əsasən, həmişəyaşıl meşə ağacları, 692 min ədədi dekorativ kollar, 170 min ədədi isə meyvə ağaclarıdır.

Aksiyaya hazırlıq mərhələsində bütün şəhər və rayon icra hakimiyyətləri tərəfindən yaşıllıqların salınacağı ərazilər üzrə 540 ünvan müəyyən edilib, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb. (APA)

Oxşar xəbərlər