21.11.2024, 19:46
AZ EN
27.08.2022, 12:10 355

Kəlbəcər sakini: "İllər sonra ata yurdumu gördüm, çox kövrəldim"

XƏBƏRLƏR
  • Bir qrup Kəlbəcər sakini ata-baba yurduna səfəri çərçivəsində İsti su sanatoriyasına baş çəkiblər.

Bir zamanlar dünyanın hər yerindən gələn qonaqlara evsahibliyi etmiş müalicə ocağının indi xarabalıqlar içərisində yalnız qalıqları qalıb.

Kəlbəcər sakini İman Əliyev bildirib ki, sonuncu dəfə sanatoriyada 1993-cü ildə, 30 yaşında olub: "İllər sonra ata yurduma gəldim. Burada çox kövrəldim. Mən həmin dövrdə Kəlbəcər rayonunda icra nümayəndəsi işləyirdim. Dostlarla tez-tez bu məkanda görüşüb duz-çörək kəsərdik. Erməni vandalları buranı darmadağın edib. Hazırda 61 yaşım var, gənclik xatirələrimin məhv olması qəlbimi sızıldadır".

Eyni zamanda sakinlər "Qaya baş-başa gələn" deyilən ərazidə olublar, xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, səfər Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə baş tutub. Məqsəd yaşlı nəsil vasitəsilə bu bölgə haqqında dolğun məlumatlar əldə edərək gənc nəslə ötürülməsini təmin etməkdir. (Report)

Oxşar xəbərlər