"Vətən səsi" xəbər verir ki, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı keçirilən iki tenderin nəticələrini açıqlayıb. Tenderlərdən biri Cəbrayıl şəhərinin, Horovlu və Şükürbəyli kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılmasını nəzərdə tutur. "İşğaldan azad olunmuş ərazilərdə su təchizatı ilə bağlı təxirəsalınmaz işlərin icrası” işlərinin satın alınması” tenderi isə həmin yaşayış mənqələrinin su təchizatının qurulmasına xidmət edəcək.
Hər iki tenderin qalibi “T.T.Ş.-İnşaat” MMC olub. Tərəflər rarasında imzalanmış müqaviləyə uyğun olaraq sifarişçi tenderin şərtlərində nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün qalib şirkətlə ümumilikdə 29 milyon 519 min 800 manat ödəyəcək.
Elxan SALAHOV