19.11.2025, 18:28
AZ EN
06.11.2025, 19:23 252

“Uşaq ədəbiyyatında Zəfər” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR
  • Bakı Dövlət Universitetinin SABAH qruplarının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbələri üçün “Dərsliklər və uşaq ədəbiyyatı” fənninin tədrisi çərçivəsində SABAH qruplarının müəllimi Aygün Bağırlının rəhbərliyi ilə “Libraff” kitab evində “Uşaq ədəbiyyatında zəfər” mövzusunda tədbir təşkil olunub.Tədbirdə uşaq ədəbiyyatı yazarlarından filologiya elmlər doktoru, professor Rafiq Yusifoğlu, Mina Rəşid, Nərminə Məmmədzadə, Ayna Asim, “Üç alma” nəşrlər evinin nümayəndəsi Arzu Cəfərova iştirak ediblər.

Rafiq Yusifoğlu çıxışında pedaqoji təcrübələrinə əsaslanaraq gənclərə olan ümumi ictimai münasibət, zəfər tariximizdə Azərbaycan gəncliyinin rolu və Azərbaycan xalqının düşmən qarşısında şanlı qələbəsindən sonra cəmiyyətdə gənclərə qarşı formalaşan inamdan söz açmış, öz yaradıcılığında yer alan, şanlı zəfər tariximizə həsr olunmuş əsərləri haqqında məlumat verib.

Əslən Qarabağdan olan Mina Rəşid Qarabağda keçən uşaqlıq xatirələrindən, doğma ocağının işğalı zamanı yaşadığı acı xatirələrdən söz açmış, həmçinin Qarabağ həsrəti və zəfər sevinci mövzusunda yazdığı şeirlərindən bir neçəsini səsləndirib.

Tədbir iştirakçılarından Nərminə Məmmədzadə müharibənin ən məsum zərərçəkmişləri olan uşaqların dilindən yazılmış məktublardan ibarət “Vida” əsəri haqqında məlumat verib, gənc yazar Ayna Asim özünün “Zəfər günü” əsərini səsləndirdi.

Tələbələr də tədbirdə fəal iştirak edərək müharibə və Zəfər mövzusunda olan şeirlər səsləndirmişlər.

Sonda “Üç alma” nəşrlər evinin nümayəndəsi Arzu Cəfərova “TEAS Press” nəşriyyatında zəfər mövzusunda nəşr olunmuş uşaq ədəbiyyatı nümunələri haqqında məlumat verdi.

Oxşar xəbərlər