23.12.2024, 08:38
AZ EN
11.10.2024, 08:26 256

Bu gün Ümumdünya Görmə Günüdür

XƏBƏRLƏR
  • Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə hər il oktyabrın ikinci cümə axşamı Ümumdünya Görmə Günü kimi qeyd edilir.

Xroniki korluğa aparan əsas səbəblər katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitaminin çatışmazlığıdır. Eyni zamanda dünyada yaşla və nəzarətsiz diabetlə əlaqədar göz nurunun itirilməsi daha geniş yayılıb.

Görmə probleminin qarşısını düzgün müayinə və müalicə ilə almaq mümkündür.

Ümumdünya Görmə Günü çərçivəsində göz xəstəlikləri ilə əlaqədar maarifləndirmə və profilaktika tədbirləri aparılır, ödənişsiz oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Gözün oftalmoloqlar tərəfindən mütəmadi yoxlanılması mövcud problemləri erkən mərhələlərdə üzə çıxarmağa kömək edir. Ona görə də profilaktik qaydalara vaxtında əməl etməklə ciddi problemlərin qarşısını almaq olar.

Həkimlər nikotinin gözə etdiyi mənfi təsirə görə tütün çəkməkdən imtina etməyi, gözün torlu qişasının damarlarını möhkəmlədən qaragilə, qara qarağat, kök, qaraciyər, göyərti məhsulları yeməyi, televizor qarşısında və elektron oyunlarına sərf olunan vaxtı azaltmağı, kompüter arxasında işləyərkən müasir monitor və keyfiyyətli proqramlardan istifadə olunmasını məsləhət görürlər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər