20.10.2024, 12:30
AZ EN
09.10.2024, 08:00 240

Qubadlı RİH-nin təşkilatçılığı ilə istirahət parkında gül kolları əkilib

XƏBƏRLƏR
  • Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əhalinin sıx məskunlaşdığı Abşeron rayonu, St.Sumqayıt ərazisində salınmış istirahət parkında, V.Əliyev adına Rayon Mədəniyyət evinin həyətində, Rayon İcra Hakimiyyətinin həyətində, Sumqayıt şəhər 40-cı məhəllə, şəhid, Milli Qəhrəman Şükür Həmidovun abidəsinin ətrafında, Sumqayıt şəhər 26-cı məhəllə, Şəhid Balakişi Hüseynovun abidəsinin ətrafında təmizlik işləri aparılıb və həmin ərazilərdə gül kolları əkilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin işçiləri, Kommunal Müəssisələr Kombinatının işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə yaşayan rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, iməclikdə 3200 ədəd gül kolları əkilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər