Bu sözləri Cəbrayıl şəhərinə geri qayıdan keçmiş məcburi köçkün Gülməmmədova Reyhan deyib.
“Doğma el-obamıza qayıtmaq ən böyük arzum idi. Çox sevincliyəm. Allah bu işdə əməyi keçən hər kəsə uzun ömür versin. İndi doğma yurduma qayıtmağın sevincini yaşayıram”, - deyə o qeyd edib.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Cəbrayıl şəhər sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. (Report)