Bu dəfə Cəbrayıl şəhərinə 40 ailə - 123 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyiblər.
Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib. (AZƏRTAC)