23.11.2024, 00:43
AZ EN
02.11.2023, 15:27 253

Qarabağı tərk etmiş ermənilər 3 il ərzində Ermənistanda vətəndaşlıq almalıdır

XƏBƏRLƏR

Ermənistan hökuməti Azərbaycandan köçən ermənilərə vətəndaşlıq almaq üçün 2026-cı il dekabrın 31-dək vaxt verib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan hökuməti müvafiq qərar qəbul edib. Bildirilir ki, Qarabağı tərk edərək Ermənistanda yaşamağı seçən ermənilərin bu ölkənin vətəndaşlığını alması üçün onlara verilən  3 illik möhlət 2026-cı il dekabrın 31-də başa çatacaq.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan köçənlərə ölkə vətəndaşlığının verilməsi prosesinin sürətləndirilməsi barədə tapşırıq vermişdi.

"Qarabağdan bir çox soydaşlarımız Ermənistan Respublikasının vətəndaşlığını almaq üçün müraciət edirlər. Bizim vəzifəmiz bu prosesi mümkün qədər tez təşkil etməkdir", - deyə Paşinyan bildirmişdi.
Elxan SALAHOV

Oxşar xəbərlər