24.04.2025, 02:06
AZ EN
27.09.2024, 14:00 338

Kəlbəcərdə tunel qətliamından bəhs edən roman çap olunub

XƏBƏRLƏR
  • Əməkdar jurnalist, yazıçı Yunis Orucovun 1993-cü il martın 31-də Kəlbəcərdə baş vermiş tunel qətliamından bəhs edən “Tunel” romanı çap olunub.

Romanda qətliam zamanı ailəsi və yaxınları ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən, özləri isə yaralanan bacı-qardaş – Yeganə və Müşfiq İbrahimovların ağır girovluq həyatından bəhs olunur.

Romanda qəhrəmanların timsalında o dövrün faciəvi hadisələri, insan yaşantıları, ağır psixoloji sarsıntı keçirən girovların yaşamaq uğrunda qəhrəmanlıq mübarizəsi əks olunub.

Qeyd edək ki, Yunis Orucovun daha öncə çap edilən “Nargin – saralmış kədər” və “Boraltan – azadlığın tələsi” tarixi romanları böyük oxucu marağı qazanıb. Müəllifin hər üç kitabı MİMTA Yayımları tərəfindən çap edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər