22.11.2024, 07:23
AZ EN
20.09.2024, 13:29 233

“İmarət” kompleksində Qarabağ atları nümayiş olunacaq

XƏBƏRLƏR
  • “İmarət” kompleksi bir neçə hissədən ibarətdir. Kompleksə daxil olan qədim qəbirstanlıq hissəsi, türbələr, Xurşidbanu Natəvanın abidəsi, Pənahəli xanın mərasim evi hazırda muzey kimi fəaliyyət göstərir.

Bu Barədə “İmarət” kompleksinin işçi qrupunun üzvü Nərgiz Abdullayeva deyib.

O qeyd edib ki, kompleks işğal dövründə Ermənistan tərəfindən tamamilə dağıdılıb.

"Qəbistanlıqda olan bütün qəbirdaşları və türbələr tamamilə dağıdılmışdı. Hazırda muzey kompleksində müxtəlif zallarda Qarabağ xanlığı haqqında tarixi faktlar, kompeksin işğal dövründə və sonraki dövrünü əks etdirən fotolar nümayiş etdirilib. Eyni zamanda ərazidə atlar üçün xüsusi park yaradılıb. Bu parkda mütəmadi olaraq, Qarabağ atlarının nümayişi, auksionu, müxtəlif təlimləri təşkil olunacaq. Artıq kompleks ziyarətçilər üçün açıqdır. Kompleksə gələn qonaqlar, turistlər burada yaradılmış park, ziyarətçi mərkəzi, muzey və kafenin xidmətlərindən istifadə edə bilərlər", - deyə o bildirib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR