16.09.2024, 23:20
AZ EN
21.08.2022, 18:00 372

Zaqatalada şəhid Şahin İsgəndərovun doğum günündə xatirəsi anılıb

XƏBƏRLƏR
  • Zaqatala rayonunda Vətən müharibəsi şəhidi Şahin İsgəndərovun doğum günündə xatirəsi anılıb. Şəhidin doğum günü ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri onun məzarını ziyarət ediblər.

Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Şahin İsgəndərovun keçdiyi şərəfli döyüş yolundan söz açılıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəhid Şahin İsgəndərov 2001-ci il avqustun 21-də Zaqatala rayonunun Qandax kəndində anadan olub. O, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Şahin İsgəndərov Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 11-də Cəbrayıl döyüşləri zamanı snayperlə vurularaq şəhid olub, doğulduğu Qandax kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şahin İsgəndərov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.  (AZƏRTAC)

Oxşar xəbərlər