20.04.2025, 10:15
AZ EN
04.08.2024, 16:07 331

“Qubadlının dahi təbibləri” rubrikası davam edir

XƏBƏRLƏR
  • İbadov Şamil Cəmil oğlu 1934-cü ildə fevralın 10-da Qubadlı Rayonunun Başarat kəndində anadan olmuşdur.

Şamil İbadov orta təhsilini 9-cu sinfə qədər həmin kənddə, sonra isə Muradxanlı kənd orta məktəbində davam etdirmişdir. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1951-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə - Profilaktika fakultəsinə daxil olub. 1957-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra terapevt ixtisasına yiyələnən Şamil İbadov Muradxanlı kənd xəstəxanasında baş həkim vəzifəsinə təyin olunub. İşlədiyi dövrdə bacarıqlı və savadlı həkim kimi kollektivin və ətraf kəndlərdə yaşayan əhalinin dərin hörmət və etimadını qazanmışdı.  

Şamil İbadov 1960-cı və 1965-ci illərdə ixtisası üzrə təkmilləşdirmə kurslarında iştirak edib.  O, nümunəvi fəaliyyətinə görə “SSRİ Səhiyyə Əlaçısı” və “Yüksək Dərəcəli Ali Kateqoriyalı Həkim” adlarını alıb. 

1976-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə “Sosializm yarışının qalibi” medalı ilə təltif olunub. 

1988-ci ildə “Əmək Veteranı” adına layiq görülüb. 

17 iyun 2009-cu ildə Şamil İbadova Qubadlı RİH başçısı tərəfindən Fəxri Fərman təqdim olunub. 

1993-cü ildə Qubadlı  rayonu işğal olunduqdan sonra Sumqayıt şəhərində məskunlaşan Şamil İbadov fəaliyyətini Qubadlı Rayon Mərkəzi Xəstəxanasında davam etdirib. O, burada Qubadlı RMX-nın Poliklinika şöbəsinin müdiri vəzifəsini icra edib.  

Şamil İbadov 2017-ci ildə noyabrın 21-də vəfat edib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər