21.09.2024, 23:47
AZ EN
14.09.2024, 10:44 207

Bu gün şəhid Tural Ağcabəyovun doğum günüdür

XƏBƏRLƏR
  • Ağcabəyov Tural Təbriz oğlu 14 sentyabr 1987-ci ildə Xaçmaz rayonu, Manafoba kəndində anadan olub. Manafoba kənd məktəbində orta təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağcabəyov Tural Təbriz oğlu 44 günlük Vətən müharibəsində fəal iştirak edib. Döyüşlərdə göstəridyi şücayətlərə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.

Tural Ağcabəyov həmçinin 2022-ci ilin sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alan hərbi qulluqçularımızdan olub. Ağcabəyov həmin vaxt yaralanaraq hərbi hospitala yerləşdirilib. Sağlamlğını tam bərpa etdikdən sonra yenidən Azərbaycan Ordusununun sıralarına qayıdıb.

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Ağcabəyov Tural Təbriz oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.

Evli idi. İki oğlu və bir qız övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ağcabəyov Tural Təbriz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Allah şəhidimizə rəhmət eləsin.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər