Bu sözləri Füzuliyə geri qayıdan keçmiş məcburi köçkün Zəminə Əliyeva deyib.
“Uzun illərin həsrəti bitir. Doğma yurdumuzda hər bir işi görməyə hazırıq. Füzulini yenidən qurub-yaradacağıq, əvvəlkindən daha gözəl, abad vəziyyətə gətirəcəyik”, - deyə o qeyd edib.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Füzuli sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyev minnətdarlığını bildirib. (AZƏRTAC)