24.04.2025, 02:09
AZ EN
11.09.2024, 17:36 226

Füzuli və Şuşada sakinlər işlə təmin edilib

XƏBƏRLƏR
  • Öz doğma yurd-yuvalarına qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzuli və Şuşa şəhərlərində sakinlərin işlə təmin olunması barədə müraciətlərinə baxılıb, onlarla görüş keçirilib.

Sakinlərlə görüşdə ADSEA sədrinin müşaviri Etibar Məmmədov, sədrin köməkçisi Leyla Namazova, Aparat rəhbərinin müavini Ülviyyə Məmmədova, Regional Su Meliorasiya Xidmətinin sədr müavini Elşən Həsənzadə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Zemfira Hüseynbəyli, Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının müdir müavini Pərviz Hüseynov iştirak ediblər.

Füzuli şəhərində təşkil olunan görüşdə işə qəbul olunmaq istəyən 16 Füzuli sakininin müraciətlərinə baxılıb, onlar ixtisaslarına və peşə bacarıqlarına uyğun olaraq ADSEA-nın tabeliyində Regional Su Meliorasiya Xidmətinin Füzuli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində işlə təmin olunublar. 

Şuşa şəhərində keçirilən tədbirdə isə işə qəbul olunmaqla bağlı 20 Şuşa sakininin müraciətlərinə baxılıb, onlar da müvafiq qaydalar üzrə seçimlərdən keçərək Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şuşa və Xankəndi Su Meliorasiya Sistemlərinin İstismarı Sahəsində işlə təmin olunublar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər