10.06.2025, 00:43
AZ EN
07.09.2024, 09:01 265

Bu gün Vətən müharibəsinin şəhidi Fərhad Əliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Qarabağ müharibəsində tarix yazan qəhrəmanlarımızdan biri də Fərhad İlham oğlu Əliyevdir.

O, 1993-cü il sentyabrın 7-də Sumqayıt şəhərində anadan olub. Ailənin tək övladı olan Fərhadın hələ heç bir yaşı tamam olmamış atası rəhmətə getdiyindən onu anası tək başına böyüdüb. Fərhad 9-cu sinfə kimi 20 saylı məktəbdə təhsil alıb. Daha sonra Bakı İdarəetmə Kollecində təhsilini davam etdirib. Naftalan şəhərində hərbi xidmətini başa vurduqdan sonra yolunu yenə də hərbidən salıb.

O, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra orduda qalaraq MAXE kimi xidmət etmək qərarına gəlib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Fərhad Əliyev Füzuli və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 20-də Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən ağır döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Fərhad Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər