Səyyar qəbulda Qubadlı sakinləri tərəfindən qaldırılan 15 məsələdən 3-ü yerində həll olunub, 4-ü baxılması üçün nəzarətə götürülüb. 2 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilib, 6 nəfər görülən işlərə görə minnətdarlıq bildirib. Sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.
Mina RƏŞİD