20.09.2024, 00:24
AZ EN
27.08.2024, 10:54 291

Laçın şəhərində ən yaşlı seçicinin 96 yaşı var

XƏBƏRLƏR
  • “Məntəqəmiz sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə tam hazırdır”

“Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, bunu 121 saylı Laçın Seçki Dairəsinin Laçın şəhərində yerləşən 106 saylı seçki məntəqəsinin sədri Qardaşxan Dostuyev deyib.

O bildirib ki, artıq seçicilərə bildirişlər paylanılıb. “Çox fərəhləndiricidir ki, laçınlılar ilk dəfə doğma yurdlarında öz deputatlarını seçəcəklər”, - deyə məntəqə sədri bildirib.

Sədr qeyd edib ki, məntəqədə 1320 nəfər seçici var: “Seçicilərimiz arasında 18 yaşına çataraq ilk dəfə səsvermə hüququndan istifadə edən gənclərimiz var. Ən yaşlı seçicimizin 96 yaşı var”.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR