ANAMA-dan bildirilib ki, namizədlərin müvafiq sahədə ali və ya orta-ixtisas təhsili və 2 ilə qədər iş stajı olmalıdır.
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
∙ şəxsiyyət vəsiqəsinin surəti;
∙ təhsilə dair sənədlərin surəti (diplom, sertifikat, vəsiqə, arayış və s.);
∙ əmək kitabçasının surəti.
Sənəd qəbulu sentyabrın 15-dək aparılacaq.
Seçim zamanı işğaldan azad edilmiş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.